Mübariz Məsimov məşhur Bayraqdarın müalicəsini öz üzərinə götürdü

Bir neçə gün bundan əvvəl saytımız Azərbaycanın vaxtilə tanınmış bayraqdarı, Milli Azadlıq Hərəkatının öncüllərindən olan, Azərbaycanın üçrəngli bayrağını Sovet rejiminin xalqımıza sərt üzü ilə çevrilmiş ən ağır dönəmində ilk olaraq yüksəldən Elman Türkoğlu səhhətində yaranmış problemlə bağlı “Palmali” şirkətlər qrupunun prezidenti xeyriyyəçi Mübariz Məsimovdan kömək istəmişdi. Dünən dərc olunan köməklik müraciətinə bu gün artıq cavab verilib. Saytımızla əlaqə saxlayan Elman bəy əvvəla onun səhhətində yaramış problemi ictimailəşdirdiyimiz üçün Azerbaycanrealligi.com saytına və Azərbaycan Reallığı facebook səhifəsinə təşəkkürünü bildirmişdir. Bayraqdar bildirdi: “Bir neçə dəqiqə bundan əvvəl Mübariz Məsimovun göstərişi ilə onun köməkçisi Fidan xanım mənimlə əlaqə saxladı. Bildirdi ki, müraciətinizi Mübariz müəllim oxuyub, məlumatı var, sizə yardım göstərmək üçün göstəriş verib. Xəstəlik sənədlərimi istədilər, indi həkimdə olduğum üçün göndərə bilmədim, evə gedirəm, evə gedən kimi bütün xəstəlik kağızlarımı whatsapp vasitəsi ilə göndərəcəyəm. Daha sonra məndən Türkiyəyə müalicəyə gəlmək üçün xarici pasportun olub-olmadığını soruşdular. Bildirdim ki, imkansızlıqdan pasportum da yoxdur. Bildirdilər ki, narahat olma hər şeyi həll edəcəyik. Mən sizin vasitənizlə Azərbaycanın qeyrətli oğlu Mübariz bəyə təşəkkür edirəm. Nə yaxşı ki gözləmədiyimdən də tez səsimə səs verdi. Mənim səhhətim üçün narahat olan hər kəsə, dostlara təşəkkür edirəm. Bundan sonra hər hansı məlumat olsa, sizinlə paylaşacağam”, – deyə bayraqdar sevincini bölüşdü.

Azerbaycanrealligi.com