AVRO-2020: Türkiyə ilk məğlubiyyətini alıb, Almaniya qələbəsinə sevinib

AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Turksevdasi.org-ın məlumatına görə, beş qrupda keçirilən 13 görüşlə IV tura yekun vurulub.

C qrupunda Almaniya ardıcıl 3-cü qələbəsini Estoniya üzərində qazanıb. Bundestim rəqibini 8 qolla darmadağın edib. Şimali İrlandiya da itkisiz irəliləməyə davam edib. Onlar xal üzünə həsrət Belarusu səfərdə yeniblər.

Azərbaycan yığmasının yer aldığı E qrupunun lideri Macarıstan Uels üzərində çətin qələbədən sonra mövqeyini möhkəmlədib. Millimizi 5:1 hesabı ilə yenən Slovakiya 2-ci pilləyə yüksəlib.

H qrupunun itkisiz irəliləyən lideri Türkiyə səfərdə İslandiyaya uduzub. Fransanın da Andorranı darmadağın etməsindən sonra üçhakimiyyətlilik yaranıb. Moldovanı məğlub edən Albaniya isə liderlərdən üç xal geri qalır.

İ qrupunun liderləri növbəti qələbələrini qazanıblar. Belçika Şotlandiya, Rusiya Kipri məğlub yola salıb. Qazaxıstan isə aşkar autsayder San-Marinonu böyük hesabla yenib.

İtaliya J qrupunda ardıcıl 4-cü qələbəsini Bosniya və Herseqovina ilə matçda qazanıb. Finlandiya Lixtenşteynə qalib gəlib. Yunanıstan isə evdə Ermənistana uduzub.

Qeyd edək ki, IV turun ilk 12 görüşü iyunun 10-da keçirilib.

AVRO-2020-nin seçmə mərhələsi
IV tur
11 iyun
C qrupu
22:45. Belarus – Şimali İrlandiya – 0:1

Qol: Makneyr, 86
Baş hakim: Harald Lexner (Avstriya)
Barısau. “Barısau Arena” stadionu
22:45. Almaniya – Estoniya – 8:0
Qollar:
 Roys, 10, 37, Qnabri, 17, 62, Qoretska, 20, Gündoğan, 26, Verner, 79, Sane, 88
Baş hakim: Ali Palabıyık (Türkiyə)
Mayns. “Opel Arena” stadionu

1 Ş.İrlandiya 4 4 0 0 7-2 12
2 Almaniya 3 3 0 0 13-2 9
3 Hollandiya 2 1 0 1 6-3 3
4 Belarus 4 0 0 4 1-9 0
5 Estoniya 3 0 0 3 1-12 0

Növbəti oyunlar sentyabrın 6-da keçiriləcək: Estoniya – Belarus, Almaniya – Hollandiya.

E qrupu
20:00. Azərbaycan – Slovakiya – 1:5
Qollar: 
Şeydayev, 29 – Lobotka, 8, Kuçka, 27, Hamşik, 30, 57, Hançko, 85
Baş hakim: Con Biton (Şotlandiya)
Bakı. “Bakcell Arena” stadionu
22:45. Macarıstan – Uels – 1:0
Qol: 
Patkai, 81
Baş hakim: Matey Yuq (Sloveniya)
Budapeşt. “Qroupama Arena” stadionu

1 Macarıstan 4 3 0 1 6-4 9
2 Slovakiya 3 2 0 1 7-2 6
3 Xorvatiya 3 2 0 1 5-4 6
4 Uels 3 1 0 2 2-3 3
5 Azərbaycan 3 0 0 3 3-10 0

Növbəti oyunlar sentyabrın 6-da keçiriləcək: Uels – Azərbaycan, Slovakiya – Xorvatiya.

H qrupu
22:45. Albaniya – Moldova – 2:0
Qollar:
 Çikalleşi, 66, Ramadani, 90
Baş hakim: Ville Nevalaynen (Finlandiya)
Elbasan. “Elbasan Arena” stadionu
22:45. Andorra – Fransa – 0:4
Qollar: 
Mbappe, 10, Ben Yedder, 30, Tauvin, 45, Zouma, 60
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Andorra La Vella. Milli stadion
22:45. İslandiya – Türkiyə – 2:1
Qollar: 
Siqurdsson, 21, 31 – Toköz, 40
Baş hakim: Şimon Marçinyak (Polşa)
Reykyavik. “Lauqardalsvalyur” stadionu

1 Fransa 4 3 0 1 12-3 9
2 Türkiyə 4 3 0 1 9-2 9
3 İslandiya 4 3 0 1 5-5 9
4 Albaniya 4 2 0 2 5-3 6
5 Moldova 4 1 0 3 2-10 3
6 Andorra 4 0 0 4 0-10 0

Növbəti oyunlar sentyabrın 7-də keçiriləcək: İslandiya – Moldova, Türkiyə – Andorra, Fransa – Albaniya.

İ qrupu
18:00. Qazaxıstan – San-Marino – 4:0
Qollar: 
Kuat, 45, Fedin, 62, Suyumbayev, 65, İslamxan, 79
Baş hakim: Bartoş Frankovski (Polşa)
Nur-Sultan. “Astana Arena” stadionu
22:45. Belçika – Şotlandiya – 3:0
Qollar: 
Lukaku, 45, 57, De Bruyne, 90
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Brüssel. Köninq Budeviyn stadionu
22:45. Rusiya – Kipr – 1:0
Qollar: 
İonov, 38
Baş hakim: Marko Di Belo (İtaliya)
Nijni Novqorod. “Nijni Novqorod Arena” stadionu

1 Belçika 4 4 0 0 11-1 12
2 Rusiya 4 3 0 1 15-3 9
3 Qazaxıstan 4 2 0 2 7-7 6
4 Şotlandiya 4 2 0 2 4-7 6
5 Kipr 4 1 0 3 6-5 3
6 San-Marino 4 0 0 4 0-20 0

Növbəti oyunlar sentyabrın 6-da keçiriləcək: Kipr – Qazaxıstan, Şotlandiya – Rusiya, San-Marino – Belçika

J qrupu
22:45. Yunanıstan – Ermənistan – 2:3
Qollar:
 Zeka, 54, Fortunis, 87 – Karapetyan, 8, Qnazaryan, 32, Barseqyan, 74
Baş hakim: Kristo Tohver (Estoniya)
Afina. Olimpiya stadionu
22:45. İtaliya – Bosniya və Herseqovina – 2:1
Qollar: 
İnsinye, 49, Veratti, 86 – Dzeko, 32
Baş hakim: Xavyer Estrada Fernandes (İspaniya)
Turin. “Yuventus” stadionu
22:45. Lixtenşteyn – Finlandiya – 0:2
Qollar: 
Pukki, 37, Kaelman, 57
Baş hakim: Yens Qrabski Maae (Danimarka)
Vaduts. “Reynpark” stadionu

1 İtaliya 4 4 0 0 13-1 12
2 Finlandiya 4 3 0 1 6-2 9
3 Ermənistan 4 2 0 2 7-6 6
4 Yunanıstan 4 1 1 2 6-8 4
5 Bosniya və Herseqovina 4 1 1 2 5-7 4
6 Lixtenşteyn 4 0 0 4 0-13 0

Növbəti oyunlar sentyabrın 5-də keçiriləcək: Ermənistan – İtaliya, Finlandiya – Yunanıstan, Bosniya və Herseqovina – Lixtenşteyn.

1 / 3