Prokuror Elgiz Qənizadə və polis müstəntiqi Mehman Ələsgərov Ehramin həbs olunması uçun niyə əllərindən gələni edirlər

Turksevdasi.org  XəbərAl-a a istinadən xəbər verir   Ehram Məcidov kikboksinq üzrə 5 qat dünya çempionu, “Xocalı” idman kulubunun rəhbəridir. Əslində Ehram Məcidovun şəxsi tarixcəsindən danışmağa başlasaq cümlələri hələ çox uzatmaq olar: dəqiq, qərəzsiz… Məsələn, Ehram Məcidov o idmançıdır ki, şəhid övladlarına, Qarabağ qazilərinin uşaqlarına təmənnasız məşqlər keçib. Onun bu vətən sevgisi əbəs deyil. Vaxtıyla idman arenasında erməninin kürəyini yerə vurub şanlı Azərbaycan bayrağını yüksəklərə qaldırmışdı. Yazını yazmaqda məqsədim əslində Ehram Məcidovun keçdiyi ömür yolunu sizlərə çatdırmaq deyil. XeberAl.az saytı olaraq idmançının kimliyi haqqında çox danışmışıq. Bu gün onun qarşılaşdığı haqsızlıqlardan danışacağıq bir daha. Niyə bir daha? Çünki, öz həyatını Azərbaycanın adının yüksəklərdə tutulmasına həsr edən adam haqsız olaraq çətin durumdadırsa biz də vətəndaş olaraq onun yanında olmalıyıq, vəzifə və insanlıq borcu kimi… Keçək əsas məsələyə… Bu gün bu qəhrəman idmançı haqsız yerə zindandadı. Bu gün bu qəhrəman idmançı Azərbaycan bayrağını bir daha ucaltmaqdan məhrumdur və bu haqsızlığa son qoyulmasa bu acınacaqlı durum illərlə davam edə bilər. Bəs onun günahı nədir? Övlad sevgisi, qaynatasının məhkəmə qərarını heçə sayaraq onu övladına həsrət qoyması. Nə baş verib? Məcidov Ehram Xudu oğlu 2007-ci ildə Dilbazi Müqəddə Bəhruz qızı ilə ailə həyatı qurmuş, birgə nikahdan onların 2009-cu il təvəllüdlü Tuncay adlı oğlanları və 2011-ci il təvəllüdlü Rəqimə adlı qızları dünyaya gəlmişdir 2014-cü ildə Məhkəmə qətnaməsi əsasında Ehram Müqəddə ilə boşanmış və azyaşlı uşaqları anasının himayəsində yaşamışlar. Həmin vaxtdan başlayaraq Binəqədi rayon Məhkəməsinin qətnaməsi üzrə Ehram uşaqları ilə həftədə bir dəfə görüşmək hüququ əldə etməsinə baxmayaraq buna Bəhruz Dilbazi və ailəsi hər vəchlə mane olaraq, imkan verməmişlər. Bəhruz Dilbazi Bakı Apellyasiya Məhkəməsinə şikayət verdirərək Ehramın uşaqları ilə görüşmələrini ləğv etdirməyə çalışmış, lakin, Apellyasiya Məhkəməsi buna imkan verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında Ehramın uşaqları ilə görüşməsinin təşkil edilməsi Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəxtiyar İsmayılova həvalə edilsə də, sonuncu məzuniyyətdə olmasını əsas gətirərək bunu icra etməmişdir. Bir müddət sonra görüş baş tutsa da, xoşagəlməz hadisələr baş verib. Belə ki, qaynatası Bəhruz Dilbazi Ehram Məcidova olan nifrətini onun övladlarının yanında da büruzə verib. Görüş vaxtı İcra məmuru Vüqar Alıyev uşaqların ataları Ehram Məcidovla görüşməkdən çəkinmələrini hiss edib, uşaqları görüşə gətirən Bəhruz Dilbazi və onun həyat yoldaşı Firəngiz Yusifovaya uşaqalrı tərk edərək otaqdan çıxmalarını xahiş etmişdir. Bəhruz Dilbazi otaqdan çıxmaq istəməyərək uşaqların görüşə hazır olmadıqlarını bildirdiyinə görə, Ehramla onun arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Bəhruz Dilbazi birinci olaraq Ehramın uaşqlarının yanında söyüşlə təhqir etmiş, və bunun nəticəsində uzun bir müddət ərzində uşaqları ilə görüşməkdən məhrum edilmiş və uşaqalrının həsrətində olan Ehram əsəblərini cilovlaya bilmədiyindən Bəhruz Dilbazinin təhriki ilə bir iki dəqiqəlik dava-dalaş vaxtı Bəhruz Dilbaziyə bir neçə yumruq zərbəsi vurmuşdur. Bəhruz Dilbazi də öz növbəsində buna qarşılıq verərək Ehrama yumruq zərbələri endirsə də, hədəfə dəyməmiş, Ehram Məcidovun ayağından tutaraq buraxmayaraq sol əlinin çeçələ barmağını buraraq sındırmışdır. Sözügedən hadisəyə görə Ehram Məcidov həbs edilmiş, səbəbkar, hətta deyərdim günahkar olan qaynatası ilə azadlıqda qalması yetmirmiş kimi məhkəməyə yalan ifadə verməklə keçmiş kürəkəninin vəziyyətini daha da pisləşməsinə səbəb olmuşdur. 12 iyun 2019-cu il tarixində Baki Ağır Cinayətlər məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş şəxsin vəkili Ceyhun Yusifov prokurorun az cəza istədiyini deyərək etiraz edib. Çıxış zamanı təqsirləndirilən şəxslə vəkil arasında mübahisə yaranıb, hakim tərəflərə xəbərdarlıq edib. Zərərçəkmişin digər vəkili də istənilən cəzanı yüngül hesab etdiyini deyərək, daha ağır cəza verilməsini istəyib. Proses iyunun 18-də davam etdiriləcək. Ehram Məcidov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilib. Bu məqamda bir haşiyə çıxmaq yerinə düşərdi. Ehram Məcidovun həbs olunmasında maraqlı olan insanlar da var. Qohumlarının XəbərAl-a verdiyi məlumata görə, Binəqədi rayonunun prokuroru Elgiz Qənizadə və Binəqədi rayon polis müstəntiqi Mehman Ələsgərov idmançının həbs olunması üçün əllərindən gələni edirlər. Bu iki vəzifəli şəxs onlara bildirib ki, “məsələ bizlik deyil, yuxardan Ehramın həbs olunması tapşırılıb”. Sözügedən şəxslərin “yuxarılar” dediyi şəxslər niyə Ehramı həbs etmək istəyir? Onları Bəhruz Dilbazi ilə hansı əlaqələr bağlayır ki, günahsız insanı qurban verməyə razıdılar. Bəs qanun? Məhkəmə ədaləti? Bunlara növbəti yazılarımızda geniş yer ayıracağıq. Qayıdaq məhkəmə prosesinə: Bəhruz Dilbazi ifadəsində Ehram Məcidovun onu beşbarmaqla vurduğunu qeyd edib. Beşbarmaqla döyülən adam torpağın altında olmalı deyildimi? Bu qədər absurd ittiham sadəcə övladını görmək istəyən idmançı üçün absurd ittihamdır. Aralarında yumruq davası bitəndən sonra evinə dönməyən idmançının beşbarmağı niyə üzə çıxmadı? Guman edək ki, bunlar istintaq zamanı aydınlaşacaq və haqq-ədalət öz yerini tutacaqdır. Prosesdə daha bir maraqlı məqam Ehram Məcidovun onu döyməklə qanun pozmasını iddia edən Bəhruz Dilbazinin məhkəmənin idmançının xeyrinə çıxarılan qərarına qarşı çıxması qanun pozuntusu deyilmi? Nəzərə alsaq ki, qanun hər bir Azərbaycan vətəndaşı üçün keçərlidi, belə çıxır ki, Bəhruz Dilbazi özü cəzalandırılmalıdır. Başqa bir absurd məqam isə özü də idmançı olan Bəhruz Dilbazinin onu döyən Ehram Məcidova qarşı heç bir fiziki güc göstərmədiyini deməsidir. Əlini qolunu aşağı salıb döyülməyinə baxırmış yəqin idmançı qaynata. Bütün bu sadaladığım məqamlar onu sübut edir ki, əslində günahkarı həbsxanada deyil çöldə axtarmaq lazımdır. Bəhruz Dilbazi həm məhkəmənin ali hesab edilən qərarına qarşı hörmətsizlik etdiyinə və yalan ifadə verərək məhkəməni aldatdığına görə cəzalandırılmalı və Ehram Məcidovun günahsızlığı sübuta yetirilməlidir. Qanunun aliliyinə dayanaraq düşünürük ki, məhkəmə məsələni obyektiv şəkildə araşdıraraq ədalətli qərar çıxardacaq və haqq öz yerini gec-tez tutacaqdır. Sonda qeyd edək ki, Ehram Məcidovun ailəsi və yaxınları məhkəmə prosesinin ədalətli keçməsi və Ehram Məcidovun azadlığa çıxması üçün yeganə və son ümid yeri kimi Ümumilli Lider Heydər Əliyev siyasətinin davamçısı Ali Baş Komandan İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edərək onlara yardım etmələrini xaiş edirlər: “Qanunun aliliyinə, məhkəmənin ədalətinə sığınaraq xalqın hər zaman yanında olan Ali Baş Komandan İlham Əliyev cənablarından və UNESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, ölkənin birinci xanımı Mehriban Əliyevadan kömək istəyirik. Əminik ki, ölkə rəhbərinin müdaxiləsindən sonra məhkəmə prosesi tam ədalətli keçəcək və Ehram Məcidov haqqında ədalətli qərar çıxarılacaqdır.”