“BU AYRISEÇKİLİK SİZƏ HARDAN GƏLİR?”!!!

“SİZ FÜZULİ, SABİRABAD, YAXUD SAATLI ƏSİLLİ PARTİYA SƏDRİ YAZMISINIZMI KİMƏSƏ?”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Kanal 13-ə müsahibə vermişəm. Müsahibəni götürən Fərid bəyə heç bir iradım yoxdur, sağ olsun hər şeyi olduğu kimi verib. Amma…
Kanalın rəhbərliyinə ciddi iradım var. Nə üçün heç kimi yox, məhz məni təqdim edəndə Ermənistan əsilli yazırsınız? Bu ayrı-seçkilik sizə haradan gəlir? Sizin özüzdəmi bu region ayrımçılığı xəstəliyi var, sifarişmi belədir, yoxsa təsadüfənmi belə yazmısınız? Siz hansı partiya sədrinə istinad edəndə onun doğulduğu rayona istinad edirsiniz? Məsələn, Fizuli, yaxud Sabirabad, yaxud Saatlı əsilli partiya sədri yazırsınızmı kiməsə?

Vaxtilə çoxları “məlum region” ifadəsi işlədirdilər. İndi həmin ifadəni işlədənlər o dedikləri adamların qulluğunda dururlar.
Birmənalı deyirəm ki, burada təsadüfi heç nə yoxdur. On illərdir Azərbaycan mətbuatında bu cür regionçu zərərli yanaşma var.

Bu həm hakimiyyətin nəzarətində olan, həm də özünü müstəqil elan edən media orqanlarına aiddir. Şəxsən öz şəxsim üzərində bunu hiss etmişəm.
Qəti etiraz edirəm! Cəmiyyətə Böyük Azərbaycan hədəfi verən Böyük Azərbaycan Partiyasının sədrinə də, bir başqasına da bu cür yanaşmanı doğru saymıram.

Kanal 13 müstəqil qurum hesab olunduğu üçün onun rəhbərliyinə etiraz edirəm!
Hakimiyyətin mətbuata nəzarət edən şəxslərindən isə bu cür regionçu, qərəzli , aşağılayıcı yanaşmanın dayandırılmasını tələb edirəm!