SİYASİ MƏFKURƏSİZ YAŞANMAZ! Oktay Hacımusalının olaylara baxışı

Azerbaycan defelerle Mxitaryan mövzusunda mövqeyini onsuz da açıqlamış ve bildirmişdi ki, biz idman oyunları ile siyaseti bir birinden hemişe uzaq tuturuq. Buna baxmayaraq, Mxitaryanın israrla Azerbaycana qarşı oyun oynaması işin içinde başqa metleblerin olmasından xeber verir. Mxitaryan ve onun komandası bele çıxır ki, Azerbaycanda keçirilecek futbol matçından öz çirkin meqsedleri namine istifade etmek niyetindedirler. Az çox mentiqi olan insanlar ferqindedirler ki, resmi Bakı indiye qeder keçirdiyi bütün tedbirlerde kimese ‘‘gelme’’ demeyib, o ki, qaldı ermeni idmançıları olsun. Resmi Bakı eksine maraqlıdır ki, ermeni idmançıları Bakıya gelsinler ve ölkemizde geden inkişafı öz gözleri ile görüb bir çox meqamların ferqine varsınlar.

Ferqine varsınlar ki, eger Ermenistan Azerbaycanın torpaqlarını işğal etmemiş olsalardı, regionda geden geosiyasi ve geoiqtisadi layihelerden kenarda qalıb, iqtisadi ve siyasi asılılıq içerisinde vurnuxmazdı.

Ferqine varsınlar ki, ölkelerindeki hakimiyetlerin, ferq etmez, evvelkiler, ya da indikiler, apardıqları yanlış siyaset onların sonunu getirmek üzredir. Regionda maraqları olan qüvveler eger günü bu gün ellerini onların üstünden çekseler, Ermenistan mehve mehkumdur. Ve şanlı Azerbaycan ordusuna sadece bir neçe saat kifayetdir ki, neinki Qarabağı, hetta Zengezuru ve İrevanı da işğaldan azad etsin.

Resmi İrevan da, resmi İrevandaki işğalçı rejimi destekleyenler de bunu bilirler ve ele bildikleri üçün de Avropa futbolunda artıq tükenmekde olan kartlarından sonuna kimi istifade etmeye cehd gösterirler. Deyesen, klub artıq Henrix Mxitaryandan yorulub ve oturub fikirleşib, ağlına ise bundan mentiqli heç ne gelmeyib. Ssenari ise beledir: Mxitaryan Bakıda keçirilecek oyuna gelmir, mediatik simaya çevrilir. Sabahda, birisi günde onu satmaq isteyen klub eslinde öz işe yaramaz oyuncusunu kimese sırıyır. Artıq o komanda uğur qazanşb qazanmamaq ise klubun problemi deyil. Bundan sonrasının babalı ise Mxitaryanın ve klubun boynundadır.