Aldığınız məhsulun keyfiyyətindən şübhələnirsizsə, bunları edin…

AQTA: “Əgər vətəndaşların satış müəssisələrində satılan qida məhsulları ilə bağlı şübhələri olarsa,  bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər”

Günümüzdə əhalinin ərzaq təhlükəsizliyi , keyfiyyətli ərzaqla təminatı ən önəmli məsələlərdən biridir. Xüsusən yay fəslində istər sənaye istehsal olan qida məhsulları, istərsə də, kənd təsərrüfatı məhsulları ilə bağlı yetərincə, neqativ hallar, zəhərlənmələr və sair yaşanmaqdadır. Bəs görəsən vətəndaşlar keyfiyyətilə bağlı narahatlıq duyduq ları məhsulları hansı laboratoriyalarda yoxlatdıra bilərlər7 Nəticədən asılı olaraq , məhkəməyə müraciət edə bilərlərmi?

Mövzu ilə bağlı musavat.com-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycanda çoxsaylı laboratoriyalar var, o cümlədən müstəqil laboratoriyalar da fəaliyyət göstərməkdədir: “Ancaq o laboratoriyaların verdiyi sənəd hüquqi sənəd sayılmır. Azərbaycanda bu sahə dövlətin monopoliyasındadır. Yalnız Məhkəmə Tibbi Ekspertiza İnstitutunun verdiyi rəy məhkəmələrdə hüquqi sənəd hesab olunur. Mən bu barədə təklif də  vermişəm ki, müstəqil laboratoriyalarda ekspertizanın nəticələrinin hüquqi sənəd kimi tapılması üçün iş aparılmalıdır. Bu çox ciddi problemdir ki, ölkədə qalıb. Dəfələrlə xarici laboratoriyalarda belə nəticələr əldə etmişik, ancaq Azərbaycan məhkəməsi onu bir kənara tullayıb. Bu anormal bir haldır”.

Картинки по запросу Eyyub Hüseynov

Ekspert onu da vurğuladı ki, bu cür məsələlərin məhkəmə perspektivi ilə bağlı bəzi problemlər var: “Azərbaycanda hər hansı vətəndaş qida məhsulunun keyfiyyət və tərkibini  müstəqil laboratoriyalarda yoxlanıb, neqativ nəticə əldə edirsə və məhkəməyə müraciət edirsə, artıq onun sənədi hüquqi sənəd kimi qəbul olunmayacaq. Məhkəməyə yenidən Məhkəmə Tibbi Ekspertiza İnstitutunda analiz keçirir, oradan da adətən məhsulla bağlı müsbət rəy verilir. Çünki bir dövlət qurumunun sertifikat verdiyi məhsulu başqa bir dövlət qurumu təkzib etmir. Biz bu baryeri sındırmaq istəyirik ki, müstəqil laboratoriyaların nəticələri də hüquqi sənəd kimi tanınsın”.

E.Hüseynovun sözlərinə görə, idxal məhsulları isə gömrükdə yoxlanılsa da, bəzən bu laboratoriyalar nəticəni doğru göstərməyə  bilər: “ 4 il öncə mən Braziliyaya gedəndə oradan genetik modifikasiyan olunmuş 6 növ məhsul aldım. İstehsalçı özü yazmışdı ki, bunun tərkibində genetik modifikasiyan olunmuş maddələr var. Həmin məhsulları anonim şəkildə qablaşdırdım və bir neçə laboratoriyaya verdim. Gömrük laboratoriyası cavab verdi ki, məhsulda heç bir maddə yoxdur, müstəqil laboratoriya isə cavab verdi ki, bunun tərkibində GMO var. Bu qənaətə gəldim ki, gömrükdəki laboratoriyalar GMO-nu araşdırmaqda zəifdirlər”.

Xarici təcrübəyə toxunan ekspert onu da vurğuladı ki, əksər ölkələrdə yoxlanmamış heç bir məhsul mağaza vitrininə qoyula bilməz: “Xaricdə adətən mağazadakı məhsullara ictimai təşkilatlar nəzarət edir. Bu təşkilatların icazəsi olmadan dükana heç bir məhsul daxil ola  bilməz. Qapıda mütləq hər biq ərzaq məhsulu yoxlanmalıdır. Kim nə istəyirsə, dükana gətirib sata bilməz. İctimai sertifikatlaşmadan keçməyən məhsul dükana gətirilə bilməz. Bəzi ölkələrdə isə bu işlər dövlət qurumları tərəfindən həyaya keçirilir. Ancaq ümumilikdə dünyada bazar iqtisadiyyatı şəraitində əhalinin sağlamlığı məsələsi çox arxa planda qalan bir məsələdir”.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi də musavat.com-a mövqeyini açıqlayıb. AQTA-nın mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva qeyd edib ki, qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir: “Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 21 sınaq laboratoriyası fəaliyyət göstərir. Bu Laboratoriyaların 7-i Bakı və Abşeronda, digərləri isə Azərbaycanın müxtəlif regionlarında yerləşir. Sınaq laboratoriyaları üç fərqli istiqamətdə- qida məhsullarının müayinəsi, heyvan mənşəli məhsulların müayinəsi və bitki mənşəli məhsulların ekspertizasını həyata keçirir”.

A.Fərziyeva onu da vurğuladı ki,  Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir: “Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların satış müəssisələrində satılan qida məhsulları ilə bağlı şübhələri olarsa,  bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər”.

Nərgiz LİFTİYEVA
Musavat.com