Türkiyədə azərbaycanlı sevgilisini 55 dəfə bıçaqlayıb öldürən şəxsə HÖKM OXUNDU (FOTO)

Bu il yanvarın 2-də Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda mübahisə etdiyi 24 yaşlı azərbaycanlı sevgilisi Qənirə Cabbarovanı taksidə 55 dəfə bıçaqlayaraq öldürən Halil Acara ömürlük həbs cəzası verilib.

Demokrat.az-ın məlumatına görə, hadisə ilə bağlı Burdur Ağır Cəza Məhkəməsidə növbəti prosses keçirilib. Məhkəmədə Halil Acar qətli törətməkdən peşman olduğunu dilə gətirib. Məhkəminin qərarı ilə Halil Acara ömürlük həbs cəzası verilib.

Aparılan araşdırmada o da məlum olub ki, Halil Acar onu bıçaqladıqdan sonra Qənirə Cabbarova anası Gülnur Bayramovaya da zəng edib. Qənirə yaralı halda anasına hardasan? deyəndən sonra qışqırmağa başlayıb. Bundan sonra Halil Qənirənin əlindən telfonu alıb, onun anasına “qızını öldürdüm gəl apar” ifadəsini işlədib. Bundan sonra Halil Acar anasında da zəng edirəg həsxanaya getdiyini deyib.

Qeyd edək ki, bundan əvvəlki məhkəmə prossesində Halil Acar ifadəsində Cabbarova ilə hadisədən 4 ay öncə tanış olaraq sevgi münasibətləri qurduğunu bildirib “Kazinoda konsomatris (müştəriləri əyləndirən) kimi çalışırdı. Onunla orada tanış olduq, sevgili olduq. Ona maddi və mənəvi baxımdan dəstək oldum. Hadisə günü işlədiyi yerə getdim. Xeyli içki içdik. Keçmiş sevgililərindən söhbət açılanda mübahisə etdik, anası bizi barışdırdı. Yenə içməyə davam elədik. Daha sonra məkandan ayrılıb taksiyə mindik. Bu zaman keçmiş sevgililərindən biri Qənirəyə zəng edib onu hoteldə gözlədiyini dedi. Yenə mübahisə etməyə başladıq, bir-birimizi təhqir etdik, söydük. Özümü o anda itirdim və bıçaqlamağa başladım”.