Elnarə biabır etdi: heç olmasa dilini saxla, danışma, bədbəxt”.

Turksevdasi.org xəbər verir ki, müğənni şou-biznes aləmində yalandan özünü tərifləyən həmkarlarını sərt tənqid edib.

O, həmin müğənnilərə səslənərək qalmaqallı fikirlər səsləndirib:

“Baxırsan, efirdə lovğa-lovğa danışır ki, mən elə, mən belə. Sən o deyilsən axı. İnsanın ətrafı var və səni yaxşı tanıyır. Özünü belə tərifləyəndə onlardan utanmırsan? Sən bilmirsən ki, o səni qıraqda çağırıb deyəcək, az bura gəl, utanmırsan, filan yerdə filan hərəkəti edən sən deyilsən? Bunu ən azından bilmirsən, heç olmasa dilini saxla, danışma, bədbəxt”.

Qeyd edək ki, müğənni bu fikirləri ATV-nin “Ən yaxşısı” verilişində səsləndirib.