Favorit market istehlakçıların hüquqların pozur.

Favorit marketdə müştərilər aldadıllr.

Bu barədə turksevdasi.org saytına daxıl olan məlumatda

marketdən mal alan Cəmil Hacıyev bildirir. O  öz facebook səhifəsində də bunları yazıb: “Favorit marketdən 2-ci dəfədir ki, kütləvi sürətdə xalqı aldatmaqlarının şahidi oluram. Kompaniyalar və qiymətlər vitirində başqa, kassada isə daha yüksəkdir. Personalı kobud, şikayətlərə isə baxan yoxdur. Hələ bir dəfə köhnə malların yeni tarixlə bağlayıb satışa çıxartmaqlarına irad bildirəndə, marketin rəhbəri Həsənov Həsən belə dedi: “Harada elə deyil ki, Azərbaycanda hər yerdə elədirdə”
Hər marketin anbarında vaxtı keçmiş mallar yenidən yeni tarixlə bağlanılır və satışa çıxarılır. Qida Təhlükəsizliyi Agentliyi bəs nə işlə məşguldu. Nə üçün vatı keçmiş ərzaq məhsulları satışdan dərhal çıxarılmır.”

Turksevdasi.org şikayətçı ilə əlaqə saxlayaraq məsələni araşdırmişdir. Cəmil Hacıyev bildirib ki: “Elan edirlər ki, qənd və şəkər tozu həftə sonu  xüsusi endirimdə olur, amma kassada bunu görmürük, 30 manatdan yuxarı mal alana xüsusi endirim olacaq amma bunu  təqdim etmək istəmirlər. Təqdim edəndə də güzəşli qiymətə satmırlar. Çekləri  bütün müştərilərə təqdim etmək borclarıdır amma gərək tələb edəsən ki, ala biləsən. Çeklərdə telefon nömrələri yoxdur, təqdim edilən 055 400 8514 telefonu isə şikayətə reaksiya vermir. Qida təhlükəsizliyi bu işlərdə məsuliyyət daşıyır. İnsanlar həm pul verillər həmdə köhnə, vaxtı keçmiş mallardan istifadə etməklə canların təhlükəyə atırlar.

Bu məsələləri  əvvəl mediada ictimayiləşdirmişdim. Bundan sonra Araz və Favorit marketlərin rəhbərliyi bu hərəkətlərindən utanıb, nəticə çıxarmaqdan, səhvlərin düzəltməkdən, məndən Mətbuat Şurasına şikayət etdilər. Araşdırma nəticəsində məqalədə heç bir böhtan və faktların təhrif olunması aşkarlanmadı. Bundan sonra saytın rəhbərliyinə təziq etdilər.  Zatən işlədiyim 24saatxəbər.com saytının rəhbəri mənə maaşda vermirdi. Buna  görədə  mənə Favorit marketdə baş verənlərə görə mövqeyimdən çəkilməyim başa düşülən olmadı. Sonda biz  yollarımızı  ayırdıq. Düşünürəm ki, bu dəfədə Araz və Favorit marketlərin rəhbərliy oxşar addımları ata bilər. Amma mən daha heç bir saytda işləmirəm.”

Turksevdasi.org Araz marketlər şəbəkəsi ilə birləşən Favorit marketin  nümayəndələrinin məsələyə münasibətini dərc etməyə hazırdır.

Turksevdasi.org